Boeing 737 MAX-ın proqram təminatında yeni problem aşkarlanıb

11 Fevral 2020 21:45

Boeing şirkətinin mühəndisləri Boeing 737 MAX laynerinin proqram təminatında yeni problem aşkarlayıblar.

Milli.Az ted.az-a istinadən bildirir ki, ABŞ-da Vətəndaş Aviasiyasının Federal Bürosu məlumat yayıb.

Məlumata görə, problem stabilizasiya sistemindəki indikatorda olub.

Mühəndislər təyyarə yenidən fəaliyyətə başlamadan problemi həll edəcəklərini bildiriblər.

Milli.Az