Nüfuzlu insayder iPhone 9-un (iPhone SE 2) təqdimat tarixini açıqladı

11 Fevral 2020 08:25

Daha öncədən olmuş bir çox məlumat sızıntısı iPhone SE-nin davamçısının yaxın müddətdə təqdim olunacağına işarə edirdi. Lakin bir çox insayderlər təqdimatın dəqiq tarixi məsələsində mübahisə edirdilər.

Milli.Az technote.az-a istinadən bildirir ki, məşhur insayder Evan Blass isə bu mübahisələrə son qoymaq qərarını verdi. Beləliklə onun verdiyi məlumata əsasən iPhone SE-nin davamçısı mart aynın ortasında təqdim olunacaq. Bu barədə Slashgear saytı xəbər verib. Maraqlısı ondadır ki, təqdim olunacaq yeni iPhone modelini Evan Blass iki ad ilə qeyd edib. Həm iPhone SE 2 həm də iPhone 9. İnsayder smartfonun texniki özəllikləri və onun hansı qiymətə satılacağı barəsində bir məlumat verməyib.

Milli.Az