Uber şirkəti pilotsuz avtomobillərin testi icazəsini aldı

11 Fevral 2020 08:41

Kaliforniyanın nəqliyyat departamenti Uber Advanced Technologies Group şirkətinə Kaliforniya yollarında pilotsuz avtomobillərin istifadəsinə icazə verib. Bu barədə Techcrunch saytı xəbər verib. Sözügedən icazə şirkətə 2 illik fasilədən sonra verilib. Belə ki, 2 il bundan öncə Uber-in pilotsuz avtomobillərinin testi zamanı bir nəfər piyada həyatını itirmişdi. Bu hadisə 2018-ci ildə Arizona ştatında baş vermişdi.

Milli.Az technote.az-a istinadən bildirir ki, sözügedən hadisədən sonra şirkət Arizonanın paytaxtı Finiksdə, Pitsburqda, San Fransiskoda və Torontoda pilotsuz avotomobillərin testlərini dayandırmışdı. Şirkət hətta pilotsuz avtomobillər layihəsinin satılmasını da nəzərdən keçirdirdi. Uber qeyd edib ki, o hələ pilotsuz avtomobillərin testinə qayıtmağa hazır deyil. Şirkət bununla nə zaman məşğul olacağını dəqiq bilmir. Yanvar ayında şirkət bildirmişdi ki, o, Vaşinqtonun xəritəsini hazırlayacaq və 2020-ci ilin sonuna kimi pilotsuz avtomobillərin testini aparacaq.

Milli.Az