Millimizin sabiq qapıçısı Rusiya klubu ilə anlaşıb

8 Fevral 2020 13:04

Azərbaycan millisinin sabiq qapıçısı Aleksandr Jidkovun yeni iş yeri müəyyənləşib.

Milli.Az apasport.az-a istinadla xəbər verir ki, 54 yaşlı mütəxəssis fəaliyyətini Rusiyada davam etdirəcək.

O, Milli Futbol Liqasında çıxış edən "Avanqard" klubu ilə anlaşıb. Jidkov Kursk klubunda qapıçı məşqçisi kimi çalışacaq. 

Qeyd edək ki, Aleksandr Jidkov buna qədər Yev Yaşin Akademiyasında, "Anji" və "Rostov"da işləyib.

Milli.Az