Qazaxıstanda polislə kütləvi toqquşma - 8 ölü, 40 yaralı - VİDEO

8 Fevral 2020 12:44

Gecə saatlarında Qazaxıstanın Jambıl vilayətinin Korday rayonunda sakinlər arasında kütləvi dava baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, toqquşma nəticəsində 8 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb.

Hadisə zamanı onlarla ev yandırılıb.

Polis 50-yə yaxın şəxsi saxlayıb. Qeyd olunur ki, münaqişə məişət zəminində başlayıb.

Ölkə prezidenti Kasım-Jomart Tokayev Baş prokurorluğa insidentin araşdırılması ilə bağlı tapşırıq verib.

Milli.Az