Mourinyo keçəl oldu

8 Fevral 2020 11:44

İngiltərə Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Tottenhem"in baş məşqçisi Joze Mourinyo imicinə əl gəzdirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Londondakı "Haks & Oscar" adlı bərbərxanaya müraciət edən portuqaliyalı saçını dibdən qırxdırıb. Burada qiymətlər 40-60 funt arasındadır.

Qeyd edək ki, Mourinyonun yeni imicdə şəkli onun saçını qırxan türk bərbərin sosial şəbəkəsində yayımlanıb. Lakin tezliklə şəkil silinib. Buna baxmayaraq, şəkil sürətlə sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, "Tottenhem"in Premyer Liqada növbəti oyunu fevralın 16-da olacaq. Həmin vaxta qədər isə Jozenin saçı bir qədər uzanacaq.

Milli.Az