"Bavariya"nın prezidenti Qerbert Hayner yayda "Yuventus"un hücumçusu Kriştianu Ronaldunu transfer etmələrinin mümkünlüyünə dair yayılan xəbərlərə münasibə bildirib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Münhen klubunun rəhbəri bu xəbərləri təkzib edib:"Mediada "Bavariya" ilə bir çox futbolçunun adı hallanır. Bu, normaldır. Ronalduya gəlincə, o, bizim üçün çox qocadır".
Xatırladaq ki, 35 yaşlı Ronaldu bu mövsüm klub səviyyəsində 27 oyunda iştirak edib, 22 qol vurub və 3 qolun ötürməsini edib.
Milli.Az