Bakıda avtobus sərxoş piyadanı vurub

8 Fevral 2020 08:12

Bakının Nizami rayonunda baş verən yol qəzası zamanı 1 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında qeydə alınıb.

30 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu yolu keçən və sərxoş vəziyyətdə olan 1970-ci il təvəllüdlü Hətəmi İlqar Mədət oğlunu vurub.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona ayağın sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az