Argentinadan cənubda 5,5 bal gücündə zəlzələ olub

8 Fevral 2020 07:25

Atlantik və Sakit Okeanların cənub hissələrini birləşdirən Dreyk boğazında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın geoloji Xidməti bildirib.

Məlumata əsasən, zəlzələnin episentri təxminən 58 min insanın yaşadığı Argentinanın Uşuaya şəhərindən 704 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Xəsarət alan və ya dağıntılar barədə məlumat verilməyib.

Milli.Az