Ermənistanda hərbçilər uçqun zamanı ölüb

8 Fevral 2020 07:05

Ermənistanın Syunik vilayətində 4 erməni hərbi qulluqçusu qar uçqunu altında qalıb, onlardan üçü ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Bildirilib ki, Ermənistan ordusunun müqavilə əsasında çalışan dörd hərbi qulluqçusu uçqun altında qalıb:

"Axtarış-xilasetmə əməliyyatı nəticəsində hərbçiləri tapmaq mümkün olub. Yalnız bir nəfər sağ qalıb".

Xilas edilən Ermənistan ordusunun əsgəri yüngül bədən xəsarətləri alıb. Onun vəziyyəti qənaətbəxş kimi qiymətləndirilib.

Milli.Az