Masallı rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Xıl kəndində ümumi sahəsi 99 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 35 m² səhədə və dam örtüyü 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az