Quba-Qusar yolunda turistlərin olduğu avtomobil aşıb, 5 nəfər xəsarət alıb

7 Fevral 2020 20:44

Quba-Qusar yolunda yol nəqliyyat-qəzasında baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, içərisində ərəb turistlərin olduğu "Mercedes Vita" markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon xəstəxanasına gətirilib.

İlkin tibbi yardımdan sonra onlar Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılacaq.  

Faktla bağlı araşdırma aparılır.

Milli.Az