19 yaşlı oğlan naməlum şəraitdə bıçaqlandı

7 Fevral 2020 21:27

Gəncədə bıçaqlanma hadisəsi olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Məhəmməd Məmmədov döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 

M.Məmmədovun kim tərəfindən və hansı şəraitdə bıçaqlanması hələ məlum deyil. 

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az