Beynəlxalq Valyuta Fondu: Qlobal neft tələbatı daha tez müddətdə pik həddə yüksələ bilər

7 Fevral 2020 23:24

Beynəlxalq Valyuta Fondu (IMF) qlobal neft tələbatının daha tez müddətdə pik həddə yüksələcəyini nəzərdə tutur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə IMF-nin Körfəz Əməkdaşlıq Şurasına üzv 6 ölkənin maddi sərvətləri ilə bağlı hazırladığı hesabatda deyilir.

Bildirilir ki, ətraf mühitin qorunması və enerji səmərəliliyi üzrə tənzimləyici tədbirlər daha çox gündəmə gələcəyi təqdirdə qlobal neft tələbatı 2040-cı il ərəfəsində və ya daha erkən vaxtda pik həddə yüksələcək.

Milli.Az