Azərbaycanın ulduz futbolçusunun "EV"İNi SÖKDÜLƏR - BİNA TİKİRLƏR - FOTO

7 Fevral 2020 13:04

Azərbaycan futbolunun dünyada ən parlaq simalarından olmuş Anatoli Banişevskinin oynadığı stadion sökülüb.

Milli.Az xəbər verir ki, bu məlumatı millimizin sabiq futbolçusu Saşa Yunisoğlu verib.

Saşa tadionun yerində göydələn tikildiyini bildirib:

"Vaxti ilə Anatoli Banişevski oynadığı, Xətaidə olan stadion tam söküldü və yerində "Novostroyka" tikilir. Sonra deyirlər "Bakıda stadion tikmək üçün YER YOXDUR!" Bəs bu nə idi?"

Təhməz Təkin
Milli.Az