ABŞ-da təyyarə qəzası: 5 nəfər öldü

7 Fevral 2020 13:21

ABŞ-ın Alyaska ştatının Betel şəhəri yaxınlığında kiçik həcmli təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yerli hüquq-mühafizə orqanlarından bildirilib ki, "Yute Air" aviaşirkətinə məxsus təyyarə Betel şəhərindən Kipnuk məntəqəsinə uçurmuş.

Təyyarədə bir pilot, dörd sərnişin olub. Onların hamısı qəzada ölüb.

Qəzanın səbəbləri araşdırılır.

Milli.Az