Eksternlər üçün yekun imtahanlar olacaq

7 Fevral 2020 12:15

Eksternat təhsilalma forması üzrə aralıq imtahanlarında uğur qazanmış şəxslər üçün yekun qiymətləndirmə keçiriləcək.

Milli.Az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə bildirilib ki, ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün ümumi orta təhsil səviyyəsi (IX sinif) üzrə yekun imtahanların I mərhələsi 29 mart, II mərhələsi isə 5 iyul tarixlərində olacaq.

Tam orta təhsil səviyyəsi (XI sinif) üzrə isə yekun imtahan 26 aprel tarixində keçiriləcək.

Milli.Az