Yığmanın yeni baş məşqçisi xorvatiyalı oldu

7 Fevral 2020 18:04

İran milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, yığmanı Draqan Skoçiç çalışdıracaq.
 
Xorvatiyalı mütəxəssisin müqavilə müddəti açıqlanmayıb. O, bu vəzifədə Mark Vilmotsu əvəz edib.
 
Qeyd edək ki, bu, Skoçiçin İranda ilk işi deyil. O, qonşu ölkədə üst-üstə 5 il 4 klubu çalışdırıb.

Milli.Az