Azərbaycan millisinin üzvü Renat Dadaşov İngiltərənin "Vulverhempton" klubunun U-23 komandasında növbəti oyununu keçirib.
Milli.Az xəbər verir ki, gənc forvard Premyer Liqa klubunda "Birminqem"li həmyaşıdları ilə görüşdə meydanda olub.
Millimizin forvardı 2:2 hesablə heç-heçə ilə başa çatan görüşdə son qolun müəllifi olub. 75-ci dəqiqədə fərqlənən Renat komandasını məğlubiyyətdən xilas edib.
4 oyundan sonra "Vulverhempton" 8 xalla öz qrupunda liderdi.
Milli.Az