Koronaviruslu qadın xəstəxanadan qaçdı - Polis axtarır

7 Fevral 2020 21:11

Koronavirus şübhəli qadın xəstəxananın infeksion şöbəsində analizləri götürüldükdən sonra qaçıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, hadisə Avstriyada baş verib.

31 yaşlı qadın həkimləri aldadaraq xəstəxanadan qaçıb, bu barədə polisə məlumat verilib.

Pasiyent xəstəxanaya 5 fevralda öskürək və tənəffüs problemi ilə çatdırılıb. O, 1 həftə əvvəl Tayvandan ölkəsinə qayıdıb.

Polis qadını evinin yaxınlığında qonşusugildə tapıb. Analizlərin cavabı sabah məlum olacaq.

Həkimlər qadını xəstəxanada müalicəyə cəlb etmək üçün ciddi tədbirlər görməli olacaq.

Milli.Az