BMT-nin Suriya üzrə nümayəndəsi fevralın 8-də Tehrana səfər edəcək

7 Fevral 2020 08:59

BMT-nin baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geyr Pedersen fevralın 8-də Tehrana səfər edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın BMT-nin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Məcid Təht-Rəvançi bildirib.

Səfər zamanı İran nümayəndələri ilə Suriyadakı problemlər, o cümlədən konstitusiya komitəsinin işləri müzakirə ediləcək.

Diplomat deyib: "Bu şənbə BMT-nin baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geyr Pederseni Suriya ilə əlaqəli müxtəlif mövzuları, o cümlədən konstitusiya komitəsinin işlərini müzakirə etmək üçün qəbul edəcəyik".

Milli.Az