Yaponiyanın kruiz laynerində koronavirusuna yoluxanların sayı 61-ə çatıb

7 Fevral 2020 08:33

Yaponiyanın "Diamond Princess" kruiz gəmisində koronavirusuna yoluxanların sayı 61-ə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, daha avvəl bu sayın 20 olduğu bildirilirdi.

Qeyd edək ki, laynerin göyərtəsində 3700 sərnişin və ekipaj üzvü olub. Gəmi yanvarın 20-də Yokohamadan ayrılıb və fevralın 3-də geri dönüb.

Çin hakimiyyəti 31 dekabrda Vuhanda yeni növ virus barədə məlumat verib. Mütəxəssislər bunun 2019-nCoV coronavirus olduğunu təyin ediblər. Çində virusa yoluxanların sayı 28 minə, ölənlərin sayı isə 636-ə çatıb.

Milli.Az