ABŞ-ın Yəməndə keçirdiyi əməliyyat nəticəsində "Əl-Qaidə"nın Ərəbistan yarımadasındakı lideri Qasim ar-Raymi öldürülüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata əsasən, "Əl-Qaidə"nin lideri Aymən əz-Zəvahirinin köməkçisi olan terrorçu ABŞ prezidenti Donald Trampın əmri ilə həyata keçirilən əks-terror əməliyyatında məhv edilib.
Milli.Az