"Barselona" üçün 90+3 şoku

7 Fevral 2020 07:41

Futbol üzrə İspaniya Kubokunun 1/4 final matçında "Barselona" "Atletik"ə 1:0 hesabı ilə məğlub olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, ikinci hissəyə əlavə olunan vaxtın üçüncü dəqiqəsində vurulan yeganə qolun müəllifi Inaki Vilyams olub.

"Atletik"la birlikdə "Mirandes", "Granada" və "Real Sosyedad" komandaları 1/2 finala yüksələ biliblər.

Milli.Az