İranda güclü yanğın

7 Fevral 2020 07:07

İranın şimalında yerləşən Gilan vilayətinin Talış rayonunda güclü yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Talış rayonu Təbii Ehtiyyatlar İdarəsinin direktoru Cabir Hüseyni bildirib.

C.Hüseynin sözlərinə görə yanğın güclü külək nəticəsində böyük bir ərazini əhatəsinə alıb. Yanğının meşə zolağında baş verdiyi bildirilir.

İnsan tələfatı haqqında məlumat verilmir.

Təbii ehtiyyatlar idarəsinin yanğınsöndürmə dəstələri və yerli əhali yanğını söndürməyə çalışır.

Milli.Az