Pablo Eskobarın qatili öldü

6 Fevral 2020 23:45

Kolumbiyalı narkobaron Pablo Eskobarın köməkçisi və qatili "Popay" ləqəbli Hayro Velaskes dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Popay 58 yaşında vəfat edib. Onun ölümünə səbəb qida borusu xərçəngi xəstəliyidir.

Qeyd edək ki, Velaskes 250 qətldə günahkar bilinir. Bundan başqa, onun daha 2500 insanı öldürməyi planlaşdırdığı deyilir.

Milli.Az