13 yaşlı oğlan dəm qazından öldü

6 Fevral 2020 22:55

Gəncədə dəm qazından boğulma hadisəsi baş verib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. 2007-ci il təvəllüdlü Əkbərov Xəyal Rövşən oğlu yaşadığı evdə dəm qazından boğulub. O, xəstəxanaya çatdırılsa da, öldüyü məlum olub. 

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az