Bakı-Quba yolunda avtoqəza: 1 ölü

17 Aprel 2010 11:10
Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Bakı-Quba yolunda Etibar Məmmədov idarə etdiyi "VAZ-21154" markalı avtomobillə yolu keçmək isytəyən piyada - 50 yaşlı Eldar Ağaverdiyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az