İngiltərədə transfer pəncərəsinin müddəti uzadıldı

6 Fevral 2020 21:04

İngiltərədə  yay transferi pəncərəsinin müddəti yenidən uzadılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ölkə çempionatı klublarının təmsilçiləri Londonda keçirilən iclasda birgə müzakirədən sonra bununla bağlı razılığa gəliblər. Beləliklə, 2020-ci ildə yay transferi sentabrın 1-i bağlanacaq.

Qeyd edək ki, bundan əvvəlki iki il ərzində yay transfer pəncərəsi avqustda - Premyer Liqada yeni mövsümün başlamasına bir gün qalmış bağlanırdı.

Xatırladaq ki, digər Avropa ölkələrində də transfer pəncərəsi avqustun sonu, sentyabrın əvvəli bağlanır.

Milli.Az