Putin Polad Bülbüloğlunu təltif edib

6 Fevral 2020 17:39

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlunu fəxri fərmanla təltif edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, P.Bülbüloğlu Rusiya-Azərbaycan münasibətlərinin inkişafına töhfələrinə görə təltif olunub.

Rusiya Prezidenti daha bir neçə səfirə xidmətlərinə görə təşəkkür edib.

Milli.Az