Millimiz gerilədi - Yeni reytinq

6 Fevral 2020 20:14

Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,  Azərbaycan millisi bundan əvvəlki reytinqlə müqayisədə 1 pillə geriləyib.  Millimiz 1407 xalla 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 1843 xalla Braziliya başçılıq edir. İspaniya 2-ci (1801), Argentina 3-cüdür (1648).

Xatırladaq ki, komandamız bu ay dünya çempionatının elit raundunda Xorvatiyaya uduzub, Rusiyaya qalib gəlib, Slovakiya ilə heç-heçə edib.

Milli.Az