Mourinyo Türkiyə millisinin üzvünü istəyir

6 Fevral 2020 19:04

"Tottenhem" "Roma"nın futbolçusu Cengiz Ünderlə maraqlanır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Joze Mourinyo klub rəhbərliyindən türk yarımmüdafiəçinin alınmasını istəyib. Ancaq bu transferin "Tottenhem"in növbəti mövsüm üçün Çempionlar Liqasında oynamağa vəsiqə qazanacağı təqdirdə, mümkün ola biləcəyi vurğulanıb.

Qeyd edək ki, Ünder bu mövsüm İtaliya A seriyasında 13 matçda 2 qol vurub.

Milli.Az