"Cənnət Park"dakı yanğında 4 FHN əməkdaşı xəsarət aldı - RƏSMİ

6 Fevral 2020 16:05

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Abşeron rayonundakı "Cənnət Park" yaşayış kompleksində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Milli.Az xəbər verir ki, TƏBİB-dən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər sakin qadın sifətin və yuxarı ətrafların 1-2 ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, xəsarət alan 4 FHN işçisindən 2-si Yanıq Mərkəzinə, 2-si isə Toksikoloji Mərkəzə hospitalizə olunub.

Xəsarət alanların vəziyyəti yaxşıdır, hazırda ambulator yardım göstərilir.

Milli.Az