Türkiyədə qar uçqunundan ölənlərin sayı artır

6 Fevral 2020 19:09

Türkiyənin Van vilayətində ard-arda baş vermiş qar uçqunları nəticəsində həlak olanların sayı 39 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti ilə əlaqədar axtarış-xilasetmə işləri dayandırılıb.

Qeyd olunur ki, bölgədə havanın temperaturu mənfi 24 dərəcəyədək çatır.

İnsident nəticəsində 50-ə yaxın yaralının olduğu deyilir.

Milli.Az