Bakıda ata qızı tərəfindən bıçaqlanıb? - AÇIQLAMA

6 Fevral 2020 17:59

Bakıda qızın 59 yaşlı atasını bıçaqlaması haqda yayılan məlumatlarla bağlı rəsmi açıqlama verilib.

Milli.Az xəbər verir ki, Bakı Şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev qafqazinfo-ya açıqlamasında bildirib ki, Sabunçu rayonunda 1961-ci il təvəllüdlü Vahid İbrahimovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. 

Müvafiq araşdırma aparılıb, vətəndaş ilkin ifadəsində bildirib ki, özü-özünə xəsarət yetirib. Onun qızı tərəfindən bıçaqlanması hazırkı mərhələdə təsdiqlənməyib. 

Faktla bağlı Sabunçu RPİ-də araşdırmalar davam etdirilir.

Milli.Az