Fevralın 6-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici İşlər nazirlərinin növbədənkənar iclası keçirilir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclası giriş sözü ilə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov açıb.
Tədbirdə bir sıra məsələlər, o cümlədən təşkilata üzv olmayan ölkələrlə əməkdaşlıq müzakirə olunacaq.
İclasın yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək.
Milli.Az