Koronavirusla bağlı böhran qlobal neft tələbatının üçdəbirini aradan qaldıracaq

6 Fevral 2020 22:49

Koronavirusla bağlı böhran qlobal neft tələbatının üçdəbirini aradan qaldıracaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Çində yayılan koronavirus səyahətlərə və dolayısı ilə yanacaq istehlakının azalmasına səbəb olur, eyni zamanda, qlobal ticarət dövriyyəsinə də mənfi təsir göstərir. Belə ki, yanvar ayının əvvəlindən dünya bazarında xam neftin qiyməti təxminən 20 faiz azalıb.

BP-yə görə, bu böhran qlobal neft tələbatının üçdəbirini aradan qaldıracaq.

OPEC isə növbəti 6 ay ərzində neft tələbatının gündəlik 400 min barrel azalacağını gözləyir.

Milli.Az