“Aygün sizə yaxşı baxırmış...” - FOTO

6 Fevral 2020 12:30

Meyxanaçı Namiq Qaraçuxurlu sosial media hesabında arxiv fotosunu paylaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin kilolu görüntüsü diqqətdən qaçmayıb.

O, fotosuna "Yəni, mən nə vaxtsa bu boyda olmuşam?" şərhini yazıb.

Sosial şəbəkə istifadəçilərindən birinin fotoya "Aygün sizə yaxşı baxırmış" şərhini yazması isə qalmaqala səbəb olub. Rəylərdə meyxanaçının və Xalq artisti Aygün Kazımovanın fanatları arasında dava yaranıb.

N.Qaraçuxurlu isə yazılan şərhlərə reaksiya verməyib.

Milli.Az