"Eurovision" təmsilçilərimizdən olan Dilarə Kazımova yeni görünüşü ilə diqqət çəkib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni bu dəfə kəkil kəsdirib, fərqli saç düzümü edib və burnuna pirsinq taxıb.
İfaçı yeni şəklini 248 minlik İnstaqram səhifəsində yayımlayıb. İzləyicilərinin əksəriyyəti isə onun yeni tərzini bəyənməyiblər. Bəziləri isə Dilarəni Ajda Pekkan və Sezen Aksuya bənzədiblər.
Milli.Az