Mərkəzi Bankın valyuta ehtiyatları artıb

5 Fevral 2020 22:02

Mərkəzi Bankın valyuta ehtiyatları 2020-ci il yanvarın 31-ə olan vəziyyətə görə 6,34 milyard dollar təşkil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu göstərici il ərzində 12,1 faiz artıb.

2020-ci ilin yanvar ayında Mərkəzi Bankın valyuta ehtiyatları 140 milyon dollar (0,7 faiz) artıb.

2020-ci il yanvar ayının yekunlarına əsasən pul kütləsi 11,543 milyard manat təşkil edib. Bu, 2019-cu ilin yekunları ilə müqayisədə 5 faiz azalıb, illik müqayisədə isə 32,5 faiz azalıb.

Yanvar ayı ərzində ölkədə pul kütləsinin həcmi 607,5 milyon manat azalıb.

Milli.Az