Klub prezidenti işçisinə təcavüz şübhəsi ilə saxlanıldı

5 Fevral 2020 20:58

Fransanın "Anje" klubunun prezidenti Sayd Şaban cinsi təcavüzdə təqsirkar bilindiyi üçün polis tərəfindən saxlanılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, biri klub işçisi olmaqla 3 qız 55 yaşlı prezidenti şikayət edib.

S.Şaban isə iddihamları rədd edib və istintaqın nəticəsində günahsız olduğunun məlum olacağına əmindir. O, istintaqla əməkdaşlıq etdiyini  və nüfuzunu qorumaq istədiyini bildirib.

Milli.Az