Mövlud Çavuşoğlu "Dostluq" ordeni ilə təltif edilib

5 Fevral 2020 17:18

Prezident İlham Əliyev Mövlud Çavuşoğlunun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Mövlud Çavuşoğlu "Dostluq" ordeni ilə təltif edilsin".

Milli.Az