Qəbələ sakinindən ov tüfəngi götürülüb

5 Fevral 2020 18:54

Qəbələ rayonunun Uludaş kənd sakini P.Cavadovdan müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Qəbələ RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Uludaş kənd sakini P.Cavadovdan müvafiq sənədləri olmayan "İJ-54" markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Milli.Az