AFFA-nın maraqlandığı məşqçi Latviya klubunda

5 Fevral 2020 18:29

Azərbaycan millisinin baş məşqçisi postuna 32 namizəddən biri olan Oleq Kononovun "Riqa"ya keçidi rəsmiləşib.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, bu barədə Latviya klubunun saytı məlumat yayıb. 53 yaşlı çalışdırıca ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Kononov karyerası ərzində Rusiyada "Spartak", "Krasnodar", "Arsenal", "Axmat" kimi klubları çalışdırıb.

Milli.Az