Lal-kar qız özünü binadan atdı
17 Aprel 2010 10:57
Rayon prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Bakının Nizami rayonunda yerləşən Lal-kar internat məktəbinin şagirdi 17 yaşlı Əsmər Həmidli özünü yaşadığı evin 4-cü mərtəbəsindən atıb. Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır, onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Anar Məmmədov
Milli.Az