Çay içmək ürəyi qoruyur

5 Fevral 2020 22:35

Gündə bir fincan çay içmək ürək fəaliyyətinə müsbət təsir göstərir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-dakı Baltimor səhərində Con Hopkins xəstəxanasının həkimləri araşdırmalar nəticəsində belə qənaətə gəliblər ki, gündə heç olmasa bir fincan çay içənlərdə ürək-damar xəstəliklərinə üçdəbir dəfə az rast gəlinir. Çay içmək ürəyin koronar damarlarını kalsium yığıntılarından qoruyur.

Milli.Az