Tvitterdə bitkoin emojisi əlavə olunub

8 Fevral 2020 19:10

Tvitter sosial şəbəkəsində bitkoin emojisi əlavə olunub.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə platformanın baş direktoru Cek Dorsi özünəməxsus Tvitter hesabında paylaşım edib.

Məlumata əsasən, bitkoin emojisi 2017-ci ildə "Unicode" təşkilatı tərəfindən yaradılıb, lakin ictimai istifadə üçün nəzərdə tutulmayıb. Həmin simvolun Tvitter sosial şəbəkəsi tərəfindən dəstəklənməsi kriptovalyuta bazarının gücləndirilməsi ilə əlaqədardır.

Milli.Az