Macarıstan Xarici İşlər və Ticarət nazirinin müavini Levente Madyar Azərbaycana səfər edəcək.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Macarıstan səfirliyindən məlumat veriblər.
Bildirilib ki, nazir fevralın 6-da Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) üzv ölkələrinin xarici işlər nazirlərinin növbədənkənar iclasında iştirak edəcək.
Qeyd edək ki, Macarıstan 2018-ci ildən Türk Şurasında müşahidəçi statusuna malikdir.
Milli.Az