“Liverpul”a 1/8 final üçün 1 qol bəs etdi - VİDEO - FOTO

5 Fevral 2020 13:24

Futbol üzrə İngiltərə Federasiya Kubokunda 1/16 final mərhələsinin təkrar oyunları keçirilir.

Milli.Az xəbər verir ki, "Liverpul" aşağı liqa təmsilçisi "Şrusberi"ni qəbul edib. Qarşılaşma "qırmızılar"ın minimal hesablı qələbəsiylə yekunlaşıb.

Ulk görüş 2:2 hesablı bərabərliklə başa çatdığı üçün "Liverpul" 1/8 final mərhələsinə yüksəlib.

"Liverpul" - "Şrusberi" 1:0 (ilk oyun 2:2)

Qol: Ro-Şon Villiams

Milli.Az