Elməddin Cəfərov xəstəxanaya yerləşdirildi

5 Fevral 2020 10:11

Tanınmış aktyor Elməddin Cəfərovun səhhətində problemlər yaranıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ATV-də "7 canlı" axşam şousunda süjet yayımlanıb.

Videomaterialda bildirilir ki, aktyorun qəfildən özünü pis hiss etdiyi üçün təcili olaraq xəstəxanaya yerləşdirilib
Canlı efirə telefon zəngi edən E.Cəfərov səhhəti haqqında açıqlama verib:

"Üz sinirim iltihablaşıb. Nəticədə qulağım və üzüm çox pis şəkildə şişib. Ağrılarım var. Həkimə müraciət etmişəm. Ümid edirəm ki, yaxın bir həftə ərzində sağalıb, işimin başına qayıdacağam".

Milli.Az